Hərbi variant masada: “Vaxtımız yoxdur” – Tehrana sərt xəbərdarlıqbackend

Hərbi variant masada: “Vaxtımız yoxdur” - Tehrana sərt xəbərdarlıq

“Danışıqlarında itirilən zaman İranın nüvə proqramına davam etməsinə imkan verir”.

KONKRET.az xəbər verir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.“Hər keçən gün, itirilən hər an İranı nüvə bombasına bir addım daha yaxınlaşdırır”, – nazir bildirib.

Lapid İranın nüvə proqramı ilə bağlı dünyanı aldatdığını vurğulayıb: “Mən və cənab Blinken Holokostdan sağ çıxan ailələrin övladlarıyıq. Bir xalqın dünyanı pislikdən qorumaq üçün nə vaxt gücdən istifadə etməli olduğunu bilirik”.

O, İsrailin özünümüdafiə hüququnu özündə saxladığını söyləyib: “Diplomatiya uğursuz olarsa, bütün digər variantlar masada olacaq. Buradakı hər kəs “başqa variant”ın nə demək olduğunu başa düşür və Tehran da bunu başa düşür”. Nazir artıq nəticəsiz danışıqların uzadılması üçün vaxtın olmadığını dilə gətirib./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*