Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanın Hərbi vəzifə və hərbi xidmət haqqında qanununda dəyişiklik təklif edilib. Yeni təklifə əsasən, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endiriməsi danışılıb.
Əgər dəyişikliklər qəbul edilərsə, bunun nə kimi müsbət təsirləri ola bilər?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, hərbi xidmətlə bağlı Milli Məclisdə müzakirə edilən dəyişikliklər yaş həddinin 35-dən 30-a endirilməsi və digər dəyişiklər qəbul edilərsə, bundan dövlət də udar, vətəndaş da.
“Əksinə, kəmiyyət göstəriciləri üzrə olan dəyişiklik dövlətə imkan verəcək ki, bunu keyfiyyət göstəricilərinin daha da yüksəltməsinə çevirsin. Ən azı dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq ki, bu da həmin vəsaitin daha effektiv istifadəsinə imkan verəcək.
Ölkə vətəndaşlarına gəlincə isə, bu az qala hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcəkdir. Odur ki, həm dövlət üçün, həm də vətəndaşlar üçün bu dəyişiklikləri önəmli hesab edir və birmənalı olaraq dəstəkləyirəm”./milliaz