Həsən Ruhani Ermənistana niyə gedir? – Dəmir yolunun inşası ilə bağlı yeni təkliflər işğalçı dövlət üçün sürpriz olacaq – EKSKLÜZİVbackend

Həsən Ruhani Ermənistana niyə gedir? - Dəmir yolunun inşası ilə bağlı yeni təkliflər işğalçı dövlət üçün sürpriz olacaq - EKSKLÜZİV

Ermənistanda tanınmış şərqşünas, İran üzrə ekspert Vardan Voskanyanın sosial şəbəkələrdə açıqlaması bu ölkədə böyük rezonans doğurub. İranla dəmir yolu xəttinin çəkilməsi ilə bağlı yeni faktlar gündəm yaradıb.

“Konkret” Beynəlxalq Araşdırmalar Qrupunun verdiyi xəbərə görə, Vardan Voskanyan özünün facebook profilində yazdığı statusunda Ermənistan-İran dəmir yolunun çəkilişində qarşı tərəf daha inamlı çıxış edir. Voskanyan vurğulayıb ki, bu gün ölkənin iqtisadi inkişafını təmin etmək üçün Ermənistan-İran dəmir yolu proqramının yenidən gündəmə gətirilməsi səyləri yüksək qiymətləndirilməlidir. “Beləliklə, bu ilin avqust ayında İranın Cənubi Qafqaz və Ermənistan üzrə önəmli mütəxəssislərindən biri Ermənistan-İran dəmir yolunun İran maraqları baxımından əhəmiyyətini vurğulayıb. İran tərəfinin ekspertinin ictimai təhlili və bundan sonra Tehranın öz səylərinə cavab olaraq Ermənistan-İran proqramı yaratmağı təklif etməsi təsadüfən üst-üstə düşməyib.

Məlumat üçün bildirək ki, oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyinin Zirvə görüşü ilə yanaşı Sinqapurun baş naziri və İran prezidenti Həsən Ruhaninin bu ölkəyə səfəri planlaşdırılır. Məlumata görə, İran prezidenti Həsən Ruhani Avrasiya İqtisadi Birliyi ilə Sərbəst Ticarət Sazişinin həyata keçirilməsi üçün Ermənistana gəlir. Vardan Voskanyan bildirib ki, İran prezidenti bununla bağlı keçirilən konfransda Ermənistan-İran dəmiryolu ilə bağlı konkret təkliflərini verəcək.

Ekspert öz statusunda deyib: “Ermənistan hakimiyyəti bu mesajları nə dərəcədə tuta bilib və ya ümumiyyətlə, hakimiyyətin bundan xəbəri varmı? İrandan gələn impulslar onu deməyə əsas verir ki, Ermənistan-İran dəmir yolu proqramı yenidən aktuallaşır”.

Xatırladaq ki, hələ 11 il bundan qabaq Rusiyanın da Ermənistan-İran dəmir yolunun inşası layihəsində iştirak etmək niyyətində olduğu ilə bağlı xəbərlər dolaşmaqda idi. Hələ o vaxt İranın Ermənistandakı səfiri Seyid Əli Sahayan bildirmişdi ki, dəmir yolunun strateji əhəmiyyətindən savayı, həm də bütün bölgə üçün siyasi əhəmiyyəti var. Yeri gəlmişkən, əgər Ermənistan-İran dəmir yolu inşası edilərsə, nəticədə iki ölkə arasında ticarət dövriyyəsi böyükmiqyaslı rəqəmlərlə artacaq. Doğrudur, iki il bundan öncə iqtisadi şərhçi Hayk Gevorkyan belə bir açıqlama ilə çıxış etmişdi ki, “Ermənistan-İran dəmiryolu iqtisadi cəhətdən əlverişsizdir, rentabelli deyil. Buna görə də yaxın onilliklərdə onun tikintisi, çətin ki, mümkün ola: İnvestoru bu vəsaiti qoymağa cəlb etmək üçün yükdaşıma, sərnişin dövriyyəsi yüksək deyil. Hökumətin hesablaması ki, sərmayədar 22 ilə qoyduğunu götürəcək, sonra gəlirlə çalışacaq, inandırıcı görünmür”.

305 km uzunluğunda olacaq bu dəmir yolunun inşaatı üçün 3 milyard dollardan çox vəsaitə ehtiyac var. Son məlumatlarda vurğulanır ki, İran bu və ya digər formada sözügedən vəsaitin əksər hissəsini öz üzərinə götürməyə hazırdır. Bu vəsaitlərin bir hissəsi Ermənistana kredit şəklində də verilə bilər. Layihəyə görə, 305 km-lik İran-Ermənistan dəmiryolu xəttinin 60 km-i İran, qalanı isə Ermənistan ərazisini əhatə edəcək. Ekspertlərin əskəriyyəti belə hesab edir ki, əgər bu yol inşa edilərsə, Ermənistan “blokadadan” çıxacaq .

“Konkret” Beynəlxalq Araşdırmalar Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*