Hicablı qadının əlini tutmaması gündəm oldu – Videobackend

Hicablı qadının əlini tutmaması gündəm oldu - Video

Məşhur türkiyəli müğənni Gülben Ergenin Adıyamanda iştirak etdiyi bir mərasimdə halay zamanı hicablı qadının əlini tutmaqdan imtina etməsi sosial şəbəkələrdə gündəm olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Belə ki, yayılan görüntülərə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici sərt reaksiya verib.

O, çıxışında müğənnini təhqir edib:

“Adıçəkilən şəxs hər cür əxlaqsızlığı yaşayıb. Bacılarımız, analarımız, əslində, onun əlini tutmamalıdır”.

G. Ergen isə sözügedən ittihamlara cavab olaraq BBP sədrini məhkəməyə verəcəyini bildirib:

“Destici, unutma ki, mən kin saxlamıram, vəkil tuturam… Üzr istəyəcəksən!”

Qeyd edək ki, müğənni iddiaları qəti şəkildə təkzib edərək, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və şəxsiyyətinin təhqir olunduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*