“Azərbaycanlıların Ermənistana səfəri zamanı da girovlarla bağlı məsələ müzakirə edilib”.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu bir qədər əvvəl Bakıya səfər edən erməni vətəndaş cəmiyyəti nümayəndəsi Naira Sultanyan deyib.
Onun sözlərinə görə, bu məsələ həmçinin Hikmət Hacıyevlə görüşdə də gündəmə gətirilib və müzakirəsinə məhdudiyyət qoyulmayıb.
Qeyd edək ki, H.Hacıyev günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışlarının qəbuledilməz olduğunu daha əvvəl demişdi.
Bundan başqa, rəsmi Bakı Azərbaycanda erməni əsir və girovların olmadığını dəfələrlə bəyan edib.
