Hindistan 24 sualtı gəmi hazırlamağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı NDTV yayıb. Məlumata görə, hazırlanacaq gəmilərdən 6-sı atom sualtı qayığı olacaq. Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalında 17 sualtı gəmi var və bunlardan 2-si atom sualtı gəmisidir. Bu gəmilərdən 13-nün istismar müddəti 17 ildən 32 ilə qədərdir.