Hindistan Trampın Kəşmirlə bağlı fikirlərinə belə REAKSİYA VERDİbackend

Hindistan Trampın Kəşmirlə bağlı fikirlərinə belə REAKSİYA VERDİ

Hindistan hökuməti ABŞ Prezidenti Donald Trampın Kəşmir məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval, “Cammu və Kəşmirlə bağlı məsələlər yalnız Hindistan və Pakistan arasında ikitərəfli şəkildə həll olunmalıdır”- deyə bildirib.

O, Hindistanın bu məsələdəki mövqeyinin dəyişmədiyini, əsas problemin isə Pakistanın işğal etdiyi Hindistan torpaqları olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp mayın 11-də “Truth Social” platformasında paylaşım edərək, Kəşmir probleminin həllinə töhfə vermək üçün hər iki tərəflə işləməyə hazır olduğunu bəyan etmişdi.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*