Hindistana məxsus təyyarə partlayış təhdidindən sonra təcili eniş etdibackend

Hindistana məxsus təyyarə partlayış təhdidindən sonra təcili eniş etdi

Hindistanın “IndiGo” aviaşirkətinin Koçidən Dehliyə gedən təyyarəsi bu gün səhər partlayış təhdidindən sonra Naqpurda təcili eniş edib.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə PTI informasiya agentliyi Hindistanın Koçi beynəlxalq hava limanının (CIAL) məlumatına istinadən xəbər verir.

Təhdid Maskatdan gələn və səhər saat 9.31-də Dehliyə yola düşən “IndiGo” təyyarə reysinin rəsmi elektron poçt ünvanına daxil olub. Təyyarədə 157 sərnişin və altı ekipaj üzvü olub.

CIAL-in məlumatına görə, Bomba Təhdidini Qiymətləndirmə Komitəsi təhdidi real hesab edib.

“Məlumat dərhal müvafiq orqanlara ötürülüb, bundan sonra təyyarə Naqpur hava limanına təcili eniş edib və hazırda yoxlanılır”, – məlumatda qeyd olunub.

Zəruri təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra təyyarə təyinat məntəqəsi olan Dehliyə yola düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*