Hindistanda dünən Cümə namazı zamanı təhlükəsizlik qüvvələri müsəlmanlara hücum edib. Qarşıdurma zamanı ölən və yaralananların olduğu bildirilir.
KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, qarşıdurmaya səbəb olaraq Hindistanda bir neçə təriqət nümayəndələrinə vətəndaşlıq hüququ verən qanunun həyata keçirilməsi göstərilib. Vətəndaşlıq Tənzimləmə Qanunu buddist, sıx, jain, parsi, hindu və xristian dinlərinə mənsub Əfqanıstan, Banqladeş və Pakistandan olan qeyri-qanuni mühacirlərin vətəndaşlıq almasına yol açır.
Müsəlmanlara qarşı haqsızlığın hökm sürdüyü bu ölkədə indiyə qədər 25 nəfər həyatını itirib. 5 min 558 adam nəzarətə alınıb, bunlardan 113 mini həbs olunub.
Hazırladı: Günel MUSEYİB