Hindistanda yol qəzasında iki nəfər həlak oldu, 14 nəfər xəsarət aldıbackend

Hindistanda yol qəzasında iki nəfər həlak oldu, 14 nəfər xəsarət aldı

Hindistanın Uttar-Pradeş ştatının Faruxabad şəhərində Etava-Bareyli yolunda yük maşını avtomobillə toqquşub.

KONKRET.az xəbər verir ki, bu barədə “Press Trust India” yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü axşam Mathuradan Faruxabad istiqamətində hərəkət edən pikap avtomobilinin iştirakı ilə baş verib.

Polisin məlumatına əsasən, qəza nəticəsində 2 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*