Hindistandan Rusiyaya ŞANTAJ – “Bu davranış yaxşı bir şeyə səbəb olmayacaq”backend

Hindistandan Rusiyaya ŞANTAJ - "Bu davranış yaxşı bir şeyə səbəb olmayacaq"

Rəsmi Dehli Rusiyadan ciddi narazıdır. Cənubi Asiyada yerləşən bu ölkə Rusiya neftinin qiymətindəki dəyişikliklərə görə problemlərlə üzləşdiyini diplomatic kanallarla Moskvaya ötürüb. Hindlilər hətta Rusiya milli valyutasını ödəniş kimi qəbul etməyə razılaşsalar da, sərt şərtlər irəli sürür. Hər halda ruslar belə hesab edir. Belə ki, hindlilər rusladan neftin qiymətində daha çox endirim tələb edirlər.

KONKRET.az xəbər verir ki, neft idxalının statistikası başqa mətləblərdən xəbər verir. Rusiya tərəfi sübit etməyə çalışır ki, sentyabrda Hindistan onlardan 1,62 milyon barel, oktyabrda isə cəmi 1,55 milyon barel neft alıb. Bu, diqqət yetirməyə dəyməyən kiçik bir azalma hesab edilə bilər.

Ancaq bu fərqi Hindistan başqa şəkildə kompensasiya ediblər ki, bu da ruslara bərk toxunub. Məlum olub ki, Hindistan Səudiyyə Ərəbistanından sutkada 924 min barel neft tədarükü üçün müqavilə bağlayıb. Bəziləri deyə bilər ki, bu, normaldır, çünki azad ticarət heç vaxt ləğv edilməyib. Bundan başqa, Səudiyyə Ərəbistanı Rusiya üçün dost ölkədir və Moskvanın onlarla da sıx əlaqələri var.

Ruslar üzdə belə göstərir ki, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq həqiqətən də onlara qarşılıqlı fayda gətirir. Ancaq Hindistana gəldikdə, vəziyyət bir qədər fərqlidir. Yeni Dehli ərəblərdən nefti ruslardan baha qiymətə almağa üstünlük verir və Moskva Hindistanın niyə belə etdiyini başa düşmür. Çünki Putin onlara istədiyi endirimləri edib.

Bununla belə, bu yaxınlarda ruslar bonusların faizini azaltdı. Amma neftlə istədiyi qiymətə belə, uğurla ticarət etmək mümkün idi. Bununla belə, Hindistan qəpik qiymətinə xammal almaq istəyirdi. Daha da böyük qiymət endiriminə nail olmaq üçün bu ölkənin səlahiyyətliləri hiylələrdən istifadə etmək qərarına gəldi.

Belə ki, onlar “Bizimlə razılaşmasanız, Səudiyyə Ərəbistanından neft ala bilərik”, – deyə mesajlar göndərməyə başladılar. Yəni Hindistan onların mühüm ticarət tərəfdaşı olduğu təəssüratı yaratmağa çalışır. Moskva hindlilərin cavabını gecikdirməyib: “Bizim başqa təchizat seçimlərimiz və müştərilərimiz var”.

Ruslar bu məsələdə haqlı görünür. Çünki Çin böyük həcmdə karbohidrogen alır və iqtisadiyyatını inkişaf etdirmək üçün daha çox tələb edir. Avropa üçüncü ölkələr vasitəsilə olsa da, rus neftini idxal etməkdə davam edir. Hətta ABŞ Rusiya neftindən müstəqil olduğunu iddia etməsinə baxmayaraq, alışlar edir. Deməli, Hindistan rusları şantaj etməyə çalışır, amma sonda onlar özləri bundan zərər görürlər.

Дружественная страна, расположенная в Южной Азии, столкнулась с проблемами из-за изменения цены на российскую нефть.-2

Eyni zamanda, Hindistan BRİKS-in bir hissəsidir və Moskva ona anlayışla yanaşmağı düşünür. Lakin Dehli hiylə işlətməkdə və daha çox fayda tələb etməkdə davam edir.

Moskva Dehlini həm də təkəbbürdə ittiham edir. Ruslar BRİKS-ə üz tutur: “Bu birliyə daxil olan digər ölkələr buna necə reaksiya verəcək? Axı onlar həm də xammala endirim tələb edə bilərlər. Ümumiyyətlə, Hindistan təhlükəli presedent yaradır və bizimlə ödənişləri konvertasiya olunmayan valyutalarla hesablamağa davam edir”.

Putin administrasiyası əsəbi və gərgin halda bağırır: “Bu rupilər kimə lazımdır? Axı, Hindistandan başqa rupi heç bir yerdə istifadə edilə bilməz. Hindistanda rusları maraqlandıran demək olar ki, heç bir əhəmiyyətli mal yoxdur. Buna görə də, rupi Rusiya üçün lazımsızdır. Hindistan isə minnətdarlıq əvəzinə bizi şantaj etməyə çalışır”.

“Bu, sinizmə yaxınlaşan təkəbbürdür. Əlbəttə ki, biz mənfəət itiririk, lakin hələ ki, çox qəzəbli deyilik. Hindistanla yanaşı, oxşar davranan başqa dövlətlər də var. Məsələn, Mərkəzi Asiyadan olan qonşular… SSRİ vaxtından başqalarının hesabına yaşamağa öyrəşiblər.

İndi də Sovet İttifaqı dağılandan sonra Rusiyanın onlara nəsə borclu olduğunu gözləməkdə davam edirlər. Pulsuz hədiyyələri unutmağın vaxtı gəldi, hər şeyin həddi var. Əgər Rusiya kiməsə güzəştə gedirsə, bu o demək deyil ki, o, həyasızlaşıb şantaj etməyə cəhd edə bilər. Bu davranış yaxşı bir şeyə səbəb olmayacaq.

Bizimlə strateji ittifaqda olan Narendra Modi Qərbə qarşı “səlib yürüşü”ndən danışdı. Bununla belə, hindlilər adi möhtəkirlərə çevrilərək özlərini ən yaxşı tərəfdən göstərmirlər. Biz bilirik ki, neftimiz Hindistan vasitəsilə əslində kimə gedir. Böyük Britaniyada bu barədə uzun müddətdir ki, danışılır”-, deyə yazıda bildirilir.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

QEYD: “Hərb tarixi” mənbəyindən istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*