Hindistanın Baş naziri Narendra Modi ölkəsinin Silahlı Qüvvələrinə Pakistanın mümkün hərbi təxribatlarına sərt cavab verməyi əmr edib. Bu barədə “PTI” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Modi bəyan edib: “Gülləyə artilleriya ilə cavab veriləcək.”
KONKRET.az xəbər verir ki, “Sindəur” əməliyyatı hələ də davam edir. PTI-yə danışan mənbə bildirib: “Əgər onlar atəş açsalar, biz də atəş açacağıq, əgər hücum etsələr, biz də hücum edəcəyik. Biz artıq yeni bir norma şəraitindəyik, dünya bunu qəbul etməlidir. Pakistan da bunu qəbul etməlidir.”
Hindistan hakimiyyətinin fikrincə, son dörd gündə baş verən qarşıdurmalarda Pakistan hər mərhələdə Hindistana məğlub olub.
“Bizim Pakistanın hava bazalarına endirdiyimiz zərbələrdən sonra onlar başa düşdülər ki, bu liqada deyillər. Hindistan açıq siqnal verdi — heç kim təhlükəsiz deyil, bu, yeni normadır”, – deyə agentliyin mənbəsi əlavə edib.
Natiq Səlim,
KONKRET.az