Hindistanın Ermənistana verdiyi raket kompleksləri İLK DƏFƏ döyüş şəraitində tətbiq olundubackend

Hindistanın Ermənistana verdiyi raket kompleksləri İLK DƏFƏ döyüş şəraitində tətbiq olundu

Hindistan və Pakistan arasında 8–10 may tarixlərində baş vermiş hərbi eskalasiya zamanı Hindistanın orta mənzilli zenit-raket kompleksi Akash ilk dəfə döyüş şəraitində tətbiq olunub.

KONKRET.az haqqin.az-a istinadən xəbər verir ki, bu hadisə xüsusilə aktualdır, çünki yaxın aylarda həmin komplekslərin növbəti partiyası Hindistan tərəfindən Ermənistana göndəriləcək.

Hindistan Müdafiə Nazirliyinə yaxın mənbələrin məlumatına görə, Akash sistemlərinin ikinci partiyası 2025-ci ilin iyul ayında Ermənistana təhvil veriləcək. Birinci partiyanın çatdırılması isə 2024-cü ilin noyabrında həyata keçirilmişdi. Ümumi dəyəri 710 milyon dollar olan müqaviləyə əsasən, Ermənistan 15 ədəd “Akash” ZRK əldə edəcək. Bu, həmin silah sisteminin ilk böyük ixrac müqaviləsidir.

Akash sistemi nədir?

Hindistanın DRDO (Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatı) tərəfindən hazırlanan Akash mobil orta mənzilli zenit-raket kompleksidir. O, 25 km məsafədə və 18 km hündürlükdə hədəfləri – döyüş təyyarələri, qanadlı raketlər, PUA-lar və “hava-yer” raketlərini məhv edə bilir. Kompleks eyni anda 12 hədəfi izləyə və onlara zərbə endirə bilir.

Cənubi Asiyada tarixi hava döyüşü

8–10 may tarixlərində Hindistan və Pakistan arasında baş vermiş qarşıdurma bölgədə ən böyük hava döyüşlərindən biri kimi yadda qaldı. Hindistanın məlumatına görə, döyüşlərdə 125-ə yaxın döyüş təyyarəsi iştirak edib.

Bu döyüşlər zamanı Akash kompleksləri Şrinagar və Pəncab istiqamətlərində yerləşdirilib və aşağıdakı hədəfləri vurub:

  • Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 Thunder təyyarəsi

  • Fateh-1 ballistik raketi

  • PL-15 hava-hava raketi (J-10C təyyarəsindən buraxılıb)

  • Bir neçə kamikadze PUA və zərbə dronları

Pakistan tərəfi isə Hindistanın S-400 “Triumf” sistemlərindən birini məhv etdiyini iddia etsə də, rəsmi Dehli bu məlumatı təkzib edib. Əvəzində Hindistan bildirib ki, S-400 və Akash sistemləri arasında tam inteqrasiya həyata keçirilib və bu, kompleks hava hücumundan müdafiə qabiliyyətini xeyli artırıb.

Hindistan Ermənistana daha çox silah verməyə hazırlaşır

Hindistan Pakistanın dərinliklərindəki hərbi obyektlərə qarşı Rusiyayla birgə istehsal etdiyi BrahMos hipersəs raketlərini də tətbiq edib. Əvəzində Pakistan GhaznaviShaheen-I ballistik raketlərini, eləcə də döyüş PUA-larını səfərbər edib.

İndi Ermənistan təkcə “Akash” sistemləri ilə kifayətlənmir — rəsmi İrəvan həm BrahMos, həm də Pralay tipli operativ-taktiki raketlərin alınması ilə bağlı Hindistanla danışıqlar aparır. Hindistan tərəfi artıq Pralay raketlərinin ixracına rəsmi razılıq verib.

Ekspert rəyi və geosiyasi nəticələr

Akash kompleksinin baş konstruktorlarından biri olan Prahlada Ramarao Hindistan mediasına açıqlamasında bildirib:

“Bir çox hərbçilər sistemin yüksək manevrlı təyyarələrlə — məsələn, F-16 ilə bacara bilməyəcəyini düşünürdülər. Amma kompleks döyüş şəraitində özünü doğrultdu”.

Rusiyadan silah tədarükündəki gecikmələr və sanksiyalar fonunda Hindistan özünü hərbi-texniki əməkdaşlıq üçün yeni etibarlı tərəfdaş kimi təqdim edir. Ermənistan isə məhdud resurslarına və mürəkkəb geosiyasi vəziyyətinə baxmayaraq, Hindistan üçün real döyüş sınaq meydanına çevrilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*