Hindistanın şimalında iki rusiyalının cəsədi tapıldıbackend

Hindistanın şimalında iki rusiyalının cəsədi tapıldı

Hindistanın şimalında Manikaran kəndi yaxınlığındakı Parvati çayı vadisində iki Rusiya vətəndaşının meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Himaçal-Pradeş polisi yerli KİV-ə məlumat verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, isti bulağın yaxınlığında bir kişi və bir qadın meyiti tapılıb. Onların bədənlərində bir neçə yaranın olduğu müəyyən edilib. Bundan əlavə, turistlərin qaldığı qonaq evində bir neçə əşyayi-dəlil götürülüb.

“Tapılanlar arasında ingilis dilində qeydlər yazılıb və orada şəxsi əşyaların Rusiya səfirliyinə və yaxınlarına təhvil verilməsi xahişi edilib”, – deyə polis bildirib. Hazırda Hindistan tərəfi araşdırma aparır. İlkin məlumata görə, cinayət tərkibi aşkar edilməyib.

Bundan əvvəl rusiyalı DJ Pavel Ştaerin Tailanddakı Thong Sala çimərliyi yaxınlığında dənizdə boğulduğu bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*