Hinsdistanlı turistlə bağlı xəbərlərə – DİN-dən reaksiyabackend

Hinsdistanlı turistlə bağlı xəbərlərə - DİN-dən reaksiya

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması isə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov əlumat verib.

O bildirib ki, turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir.

“Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb”,- deyə M.Məsimov bildirib.

Qeyd edək ki, Zaqatala rayonunda itkin düşən hindistanlı turistin axtarışlarına Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturlarının əməkdaşlarından ibarət ümumilikdə 11 qrup, eləcə də dronlar cəlb olunub. Həmçinin, ərazini tanıyan yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər.

Mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*