Hirkan meşələri UNESCO-nun təbii irs siyahısına daxil ediləcəkbackend

Hirkan meşələri UNESCO-nun təbii irs siyahısına daxil ediləcək

Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsi ilə bağlı işlər davam etdirilir.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. O bildirib ki, bununla bağlı müəyyən işlərə başlanılıb.

“Yaxın vaxtlarda həmin meşələrin “Hirkan meşələrinin nominasiyaları” adı altında UNESCO-nun təbii irs siyahısına daxil edilməsi planlaşdırılır. Bununla bağlı yerli və xarici ekspertlərdən ibarət qruplar iş görür. Onlar ərazinin qiymətləndirilməsini aparıb, eyni zamanda Ümumdünya Vəhşi Təbiətin Mühafizə İttifaqının mütəxəssisləri Hirkan meşələrinə baxış keçirib.

Bilirsiniz ki, bu meşədə 3-cü buzlaşma dövründən qalan qədim bitkilər var. Ona görə də bu meşələrin UNESCO siyahısına daxil edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir”, – deyə xidmət rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*