Hücuma məruz qalan qazi xəstəxanadan evə buraxılıb – RƏSMİbackend

Hücuma məruz qalan qazi xəstəxanadan evə buraxılıb - RƏSMİ

Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayev xəstəxanadan evə buraxılıb.

KONKRET.az-ın sorğusuna cavab olaraq bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirib ki, N.Babayevin vəziyyəti yaxşıdır və o, hazırda evdə ambulator müalicə alır.
Qeyd edək ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazının çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*