Hüseynbala Mirələmovla videosu yayılan qadına TƏZMİNAT VERİLƏCƏKbackend

Hüseynbala Mirələmovla videosu yayılan qadına TƏZMİNAT VERİLƏCƏK

ABŞ-ın ABC telekanalında yayımlanan “Cimmi Kimmellə birbaşa efir” verilişi sabiq deputat Hüsenybala Mirələmovun videosunu yayımladıqlarına görə təzminat ödəmək fikrindədir.

KONKRET.az xəbər verir ki, buna səbəb sabiq deputatın videosundakı qadının üzünü açıq şəkildə göstərməkləridir.

Belə ki, bununla bağlı azərbaycanlı gənclər Rəna Əfəndi və Adnan Hacızadə Cimmi Kimmelin komandası ilə əlaqə qurub və bu davranışın səhv olduğunu izah ediblər.

Verilişin işçiləri isə səhv etdiklərini boyunlarına alıb, həmin videonu “YouTube” kanallarından siliblər. Məlumata görə, videoda qadının üzünü gizlətmədikləri və ona verdikləri mənəvi ziyana görə, həmin qadına təzminat ödəmək istədiklərini bildiriblər. Hazırda qadını axtarırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*