İbrahim Tatlısəs oğlunu polisə şikayət etdibackend

İbrahim Tatlısəs oğlunu polisə şikayət etdi

Müğənni İbrahim Tatlısəs oğlu Əhməd Tatlıdan şikayətçi olub.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tatlısəs oğlunun onu təhdid etdiyini iddia edib.

Bodrum Polis Şöbəsində ifadə verən müğənni özünə məxsus mənzillərin satışında oğluyla fikir ayrılığı yaşadığını bildirib:

“Mənim Bitezdə 21 mənzilim var. Mənzillərin 20-sini tapdığım müştəriyə satacaqdım. Ancaq oğlum mənzilləri özünün satacağını və bu işə məni qarışdırmayacağını bildirib. Mənim mülklərə getməyimə əngəl ola bilmək üçün də “O, bura gəlsin görüşərik, onu gözləyirəm” şəklində təhdidvari cümlə söyləyib”,- deyə Tatlısəs ifadəsində qeyd edib.

Şikayətdən sonra Əhməd Tatlı polis şöbəsinə çağırılıb.

İfadə verdikdən sonra isə sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*