2011-ci ildə silahlı hücumda ağır yaralanan İbrahim Tatlısəs bir çox əməliyyatlar keçirmiş və uzun müddət müalicə almışdı. Hadisədən sonra bəzən sol qolunu hərəkət etdirməkdə çətinlik çəkən Tatlısəs ötən gün Harbiyedə konsert verib. Bu dəfə ürəyindən əməliyyat olunacağını bildirən ifaçı pərəstişkarlarına “Məni bağışlayın” deyərək onlardan dualar istəyib.
KONKRET.az xəbər verir ki, məşhur xalq ifaçısının ürək qapağının dəyişdiriləcəyi məlum olub.
Qeyd edək ki, “İmperator” ləqəbli Tatlısəs 14 mart 2011-ci il gecəsi Beyaz TV-də yayımlanan İbo Şou proqramından çıxarkən Maslakda uzun lüləli tapança ilə açılan atəş nəticəsində başından yaralanıb. Daha sonra xəstəxanaya aparılan Tatlısəs 6 saatlıq əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb.
İki həftə reanimasiyada qalan sənətçi amerikalı neyrocərrahlar tərəfindən əvvəlcə Almaniyada, daha sonra Mayami, Florida və ABŞ-da tibbi beyin əməliyyatı keçirib.
Son zamanlar səhhətində yaranan problemlərə görə mütəmadi olaraq kardioloq müayinəsindən keçən Tatlısəsin xəstəliyi ilə bağlı ətraflı məlumat verilməsə də, sənətçi pərəstişkarları qarşısında göz yaşlarına boğulub.
Günel Mikayılova,
KONKRET.az