İçməyin! Dietik kola sağlamlığa daha çox zərər verir – alimlərdən ŞOK NƏTİCƏbackend

İçməyin! Dietik kola sağlamlığa daha çox zərər verir – alimlərdən ŞOK NƏTİCƏ

Avstraliyada aparılan genişmiqyaslı elmi araşdırma, dietik qazlı içkilərin düşündüyümüz qədər zərərsiz olmadığını sübut edib.

KONKRET.az-a Musavat.com-a istinadən xəbər verir ki,Alimlərin apardığı təcrübəyə əsasən, gündə cəmi bir banka dietik kola içmək, 2-ci tip şəkərli diabetin yaranma riskini 38 faiz artırır. Müqayisə üçün, adi şəkərli qazlı içkilər bu riski yalnız 23 faiz artırır.

Araşdırmaya 40-69 yaş arası 36 mindən çox insan cəlb olunub. Nəticələr bədən çəkisi, fiziki aktivlik, gündəlik qida rasionu və digər təsir edən amillər nəzərə alınaraq hesablanıb. Lakin dietik içkilər sağlamlıq baxımından daha riskli çıxıb.

Mütəxəssislər bildirirlər ki, bu nəticələrdən sonra səhiyyə tövsiyələrinin yenidən nəzərdən keçirilməsi və əhalinin potensial risklər barədə məlumatlandırılması vacibdir.

Bəs nə içməli?

Alimlər aşağıdakı sağlam alternativləri tövsiyə edirlər:

– Təmiz su

– Şəkərsiz çay

– Süni əlavəsiz təbii meyvə içkiləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*