İctimai nəqliyyat üçün ayrıca işıqforlar quraşdırılacaq? – VACİB AÇIQLAMAbackend

İctimai nəqliyyat üçün ayrıca işıqforlar quraşdırılacaq? - VACİB AÇIQLAMA

Dünya yollarında bir əsrdir istifadə olunan üçrəngli svetofor sistemində dəyişikliklər müzakirə olunur. Yeni texnologiyaların, xüsusilə sürücüsüz nəqliyyat vasitələrinin yayılması fonunda bəzi ölkələrdə işıqforlara əlavə rənglərin tətbiqi gündəmə gəlib. Bəs bu yeniliklərin Azərbaycanda, xüsusilə ictimai nəqliyyat üçün ayrıca işıq siqnalının tətbiqi realdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, dünyada artıq yeni nəqliyyat tendensiyası formalaşır. Sürücüsüz idarə olunan nəqliyyat vasitələrinin meydana çıxması mövcud “svetofor” sisteminə müəyyən çətinliklər yaradır.
Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL
Ekspert qeyd edib ki, bu tip nəqliyyat vasitələri klassik işıqforların sürət və idarəetmə rejiminə tam uyğunlaşa bilmir:
“Yeni sistemlər avtomatik idarə olunur və mövcud siqnal prinsiplərini hər zaman düzgün tanımır. Buna görə də dünyanın bəzi ölkələrində, xüsusilə Amerika Birləşmiş Ştatları da işıqforlara ağ rəngin əlavə edilməsi ilə bağlı proses başlayıb. Bu yanaşma nəqliyyat axınının daha rahat tənzimlənməsinə kömək edə bilər”.
Aslan Əsədovun fikrincə, belə yeniliklər gələcək nəqliyyat sistemlərinin inkişafı baxımından əhəmiyyətlidir və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.
“Azərbaycanda ictimai nəqliyyat üçün ayrıca işıqfor siqnalının tətbiqi real görünmür. Hazırkı şəraitdə ictimai nəqliyyat üçün ayrıca işıq sisteminə ehtiyac yoxdur və bu, əlavə infrastruktur yükü yarada bilər. Mövcud nəqliyyat idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi daha məqsədəuyğun hesab olunur”.
Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*