İctimai nəqliyyatda 10 faizlik endirim planı: Pensiyaçılara da şamil ediləcək?backend

İctimai nəqliyyatda 10 faizlik endirim planı: Pensiyaçılara da şamil ediləcək?

TələbəPlus” kartı ilə ictimai nəqliyyatda tətbiq olunacaq 10 faiz endirimin gələcəkdə digər sosial qruplara da şamil edilib-edilməyəcəyi məsələsi gündəmdə qalır. Xüsusilə, pensiyaçılar üçün belə bir güzəştin tətbiqi ilə bağlı cəmiyyətdə müzakirələr aparılır. Maraqlıdır, 10 faiz ictimai nəqliyyat endiriminin gələcəkdə pensiyaçılara da şamil olunması nəzərdə tutulurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, məsələ ilə bağlı hələlik yekun qərar qəbul olunmayıb.

Natiq Cəfərli: “Fərid müəllim, bir məktəbli startapa 1,5 milyon dollar cəlb edib, fərqi görürsünüz?” Pravda.az

“Hazırda bu barədə hələ qərar verilməyib. Bu qərar haqqında düşünülür. Yaxşı olar ki, bu qərar qüvvəyə minsin. Təkcə tələbələrə yox, şagirdlərə də tətbiq olunsun. Çünki tələbələrdən daha çox şagird var və onlara da tətbiq olunmalıdır. Təqaüdçülərə də şamil edilməsi məqsədəuyğun olar. Hətta 10 faiz də azdır. Gözləyək, görək necə qərar veriləcək”.

İqtisadçının fikrincə, ictimai nəqliyyatda güzəştlərin əhatə dairəsinin genişləndirilməsi sosial ədalət baxımından da mühüm addım ola bilər. Qərarın hansı formada qəbul ediləcəyi isə aidiyyəti qurumların mövqeyindən asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*