İrandan Azərbaycan sərhədi ilə 30-a yaxın şəxs təxliyə olunubbackend

İrandan Azərbaycan sərhədi ilə 30-a yaxın şəxs təxliyə olunub

Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 30-a yaxın şəxs Azərbaycana təxliyə olunub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, təxliyə olunanlar Azərbaycan, Qırğızıstan, Gürcüstan, Kanada, Xorvatiya və Çin vətəndaşları olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların icrası ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*