İsrail prezidenti İsaak Hersoq BMT-nin İqlim Sammitində (COP29) iştirak etmək üçün Bakıya səfərini Türkiyənin onun təyyarəsini hava məkanından buraxmaqdan imtina etdiyinə görə ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Milliyet” öz mənbələrinə istinadən məlumat yayıb.
“Səfər “təhlükəsizlik səbəbindən” rəsmi olaraq ləğv edilib” – mənbə bildirib.
Bununla belə, “Yedioth Ahronot” nəşri Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən iddia edir ki, əsl səbəb Türkiyənin səmasını İsrail prezidentinin təyyarəsinin üzünə bağlamaq qərarı olub.
Bu məlumatı Azərbaycan hökumətinə yaxın olan Caliber News portalı da təsdiqləyib.
Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsraillə münasibətləri bərpa etmək niyyətində deyil. O, beynəlxalq ictimaiyyəti “ölkəni bütün sahələrdə küncə sıxışdırmaq” üçün İsrailə təzyiqi artırmağa çağırıb.
KONKRET.az