İdlibdə 235 mindən çox insan didərgin düşübbackend

İdlibdə 235 mindən çox insan didərgin düşüb

Bəşər Əsəd rejiminin dəstəkçisi olan Rusiya dekabr ayının ortalarından bəri Suriyanın şimal-qərbindəki İdlibdə intensiv hücumlar həyata keçirir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi 12-25 dekabr tarixlərində bölgədə 235 mindən çox mülki şəxsin evindən didərgin düşdüyünü bildirib.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, yenidən artan hücumlar nəticəsində İdlibin cənubunda on minlərlə dinc sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Ərazi demək olar ki, tamamilə boşaldılıb. İnsanlar silahlı qarşıdurmalar zamanı təhlükəsiz ərazilərə qaçmaq üçün öz yerlərini tərk etməli olublar. Həmin insanların qışın şaxtasından əziyyət çəkdiyi bildirilir. Onların təcili humanitar yardıma, xüsusən mənzil, ərzaq və geyimə ehtiyacı olduğu qeyd edilib.

Digər tərəfdən, Suriya İnsan Haqları Şəbəkəsi 15-25 dekabr tarixlərində İdlibdə Bəşər Əsəd rejimi və ona dəstək verən Rusiyanın hücumları nəticəsində 86 mülki şəxsin öldüyünü də qeyd edib.

Hücumların sıx olduğu sahələrdən nisbətən sakit yerlərə, xüsusilə Türkiyə sərhədi yaxınlığına köç edənlərin sayı 2019-cu ildə bir milyonu keçib.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*