İdman zallarının fəaliyyətinə icazə verildibackend

İdman zallarının fəaliyyətinə icazə verildi

Bu gündən etibarən idman zalları açılır.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*