“İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” – VİDEObackend

“İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” - Video

Xəbər verdiyimiz kimi, Şamaxıda Gültəkin Tağıyeva adlı qadın odlu silahla qətlə yetirilib.

KONKRET.az-ın məlumatına görə, qətldə qadının həyat yoldaşı Pərviz Tağıyev şübhəli bilinir.

G.Tağıyevanın babası bildirib ki, nəvəsi iki ay əvvəl ailə qurubmuş:

“Qız zəng edib ki, döyüb-öldürür məni. Gedib uşağı götürüb gəlmişik. Əşyalarını dünən götürüb gəlib. Bu gün səhər anası qapını bağlıyıb gedib. Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb. Belə Allahsızlıq, müsibət olmaz. İki ayın gəlini idi”.

O da bildirilib ki, cütlük dayıqızı- bibioğlu imiş.

DİN-dən bildirilib ki, rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Ətraflı “Baku TV”nin videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*