İki ölkə arasında gərginlik PİK HƏDDƏ ÇATDI – Diplomatlar qovuldubackend

İki ölkə arasında gərginlik PİK HƏDDƏ ÇATDI - Diplomatlar qovuldu

Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, Hardeep Sinqx Nijjarın qətlinin arxasında Hindistan hökuməti ola bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamadan sonra Hindistan Kanadanın yüksək səviyyəli diplomatından 5 gün ərzində ölkəni tərk etməsini istəyib.

Hindistan Xarici İşlər Nazirliyi vurğulayıb ki, “Qərar Kanada diplomatlarının Hindistanın daxili işlərinə müdaxilə ilə bağlı artan narahatlığını əks etdirir”.

Castin Trüdo isə açıqlayıb ki, Kanada kəşfiyyatı müəyyən edib ki, Nijjarın qətli Hindistandan sifariş əsasında öldürülüb.

Trudeau son G20 Sammitində Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bu məsələni gündəmə gətirdiyini açıqlamışdı.

“Kanada torpağında Kanada vətəndaşının qətlində xarici hökumətin iştirakı bizim suverenliyimiz üçün qəbuledilməzdir. Bu, azad, açıq və demokratik cəmiyyətlərin əsas qaydalarına ziddir”, – deyə Trüdo Kanadada çıxışında deyib.

Kanadanın baş naziri qətli törədənləri məsuliyyətə cəlb etməkdə qərarlı olduğunu vurğulayıb.

Hindistanın yüksək rütbəli diplomatı deportasiya edilib

Nijjar iyunun 18-də Vankuverdən təxminən 30 kilometr şərqdə, Kanadanın Surrey şəhərində Sih məbədi qarşısında iki maskalı silahlı şəxs tərəfindən avtomobilində güllələnərək öldürülüb.

Hindistan daha əvvəl Nijjarın ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi.

ABŞ-dan verilən açıqlamada Kanadanın iddialarının çox narahatedici olduğu ifadə edilib, günahkarların ədalət qarşısında cavab verməsinin həyati əhəmiyyət daşıdığı vurğulanıb.

Kanadanın xarici işlər naziri Melani Coli Trüdonun çıxışından sonra yüksək səviyyəli bir Hindistan diplomatını ölkədən çıxardıqlarını açıqlayıb.

Coli adını açıqlamadığı diplomatın Hindistan Xarici Kəşfiyyat Xidmətinin araşdırma və təhlil şöbəsində çalışdığını bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*