İlahiyyat İnstitutunun bazasında dini kolleclər fəaliyyət göstərəcəkbackend

İlahiyyat İnstitutunun bazasında dini kolleclər fəaliyyət göstərəcək

Bölgələrdə yaradılan dini kolleclər, İlahiyyət İnstitutunun bazasında fəaliyyətlərini davam etdirəcək.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, xaricdə dini təhsil alanlar müəyyən təsirlərə məruz qalırlar:

“Bütün ölkələrdə dini təhsil o ölkələrin öz ideologiyalarının təsiri altında olur. Həmin şəxslər də Azərbaycanda fəaliyyətə başlayan zaman aldığı təhsil və ideologiya əsasında fəaliyyət göstərirlər. Ona görə də bunun qarşısını almaq üçün dövlət bu sahəyə xüsusi diqqət yetirir. Artıq Azərbaycanda 5-ci ildir ki, İlahiyyət İnstitutu fəaliyyət göstərir. Bu il İlahiyyət İnstitutunun ilk məzunu olub. Artıq dövlət təminatı formatında fəaliyyət göstərir.

O ki qaldı kolleclərə, kolleclərdə bu gün parakəndəlik var. Müəyyən yerlərdə maliyyələşmə məsələsi var. Onların da həm fəaliyyəti, həm təminatını dövlət üzərinə götürür. Ona görə yeni kolleclər İlahiyyət İnstitunun bazasında yaranacaq. Bu da tamamilə dövlət təminatında olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*