İlber Ortaylı səhhətilə bağlı açıqlama verdibackend

İlber Ortaylı səhhətilə bağlı açıqlama verdi

Uzun müddətdir müalicə aldığı xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilən məşhur tarixçi İlber Ortaylı səhhətilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, sosial media hesabından açıqlama verən Ortaylı, “Etiraf etməliyəm ki, yaşadığım bu narahatlıq o qədər şiddətli olub ki, daha əvvəl yaşadıqlarımdan fərqli idi”, – deyib.

Haliç Konqres Mərkəzində, İzmir Dokuz Eylül Universitetində və Şəhər Xəstəxanasında keçirilən tədbirlərə qatıla bilmədiyini bildirən Ortaylı belə davam edib:

“Təəssüf ki, həkimlərimin məsləhəti ilə bu həftə sonu Kocaeli Kitab Sərgisindəki görüşümüzü ləğv etməli oldum. Hazırda uzun səfərlər edib sizinlə görüşməyə gücüm çatmır. Üstəlik, bir müddət təcriddə yaşamalıyam. Anlayışınıza, xoş sözlərinizə və xoş arzularınıza görə hamınıza ürəkdən təşəkkür edirəm”.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*