Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunu yüksək qiymətləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 11-də Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qəbul edərkən bildirilib.
Şarl Mişel Bakıda bu gün start götürən COP29-da iştirak etmək üçün Azərbaycana gəlib.
Dövlət başçısı vurğulayıb ki, məhz Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.