Amerika KİV-lərinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüş keçirib .
KONKRET.az xəbər verir ki, söhbətdə Qazaxıstan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev və Şavkat Mirziyoyev də iştirak ediblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir və Azərbaycan dövlətinin başçısı da iştirak edir.
Xatırladaq ki, yanvarın 22-də İlham Əliyev də daxil olmaqla 19 ölkənin nümayəndələri Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıblar. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu açıqlayıb. Sülh Şurası İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdəki münaqişələrin qarşısının alınması və həlli üzərində də işləməsi gözlənilir.
Xarici İşlər Nazirliyinin daha əvvəl verdiyi açıqlamada, Azərbaycan Qəzza Sülh Şurasına təsisçi üzv kimi qoşulub.
