Rusiya prezidenti Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, məlumatı Kreml yayıb.
Bildirilib ki, Rusiya və Azərbaycan liderləri regiondakı vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər, həmçinin Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.