Narkotik ittihamı ilə həbs edilən tiktoker-şairə İlhamə Elşadqızının (Əsgərova) məhkəmə istintaqı başlayıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən bildirir ki, o, konvoyun müşayiəti ilə məhkəmə salonuna gətirilib.
İlhamə Elşadqızının zala daxil olan kimi, ilk sözü “mənim günahım yoxdur, özüm də sıradan bir insan deyiləm. Bundan əlavə, xəstə ola-ola həbs edilmişəm. Öd kisəm yoxdur, kabab zad da yeyə bilmirəm”-, deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edir.