İlon Mask: “NATO yenidən qurulmalıdır, çünki…”backend

İlon Mask: "NATO yenidən qurulmalıdır, çünki..."

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask NATO-nun yenidən təşkil olunması təşəbbüsü ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, Mask bu barədə özünün “X” sosial hesabında yazıb.

Milyarder qeyd edib ki, NATO köhnəlib və təşkilat soyuq müharibə dövrünü çoxdan başa vurub. Mask əvvəllər dəfələrlə ABŞ-ın transatlantik siyasətini tənqid edib və Avropanın müdafiə xərclərini azaltmağa çağırıb:

“NATO-nun tam yenidən strukturlaşması lazımdır. Vaşinqtonun əhəmiyyətli büdcə kəsirini və dövlət xərclərini nəzərə alsaq, belə xərclər qəbuledilməzdir”, – Mask vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*