“Türkiyəni mütləq parlament sisteminə qaytaracağıq”.
KONKRET.az xəbər verir ki, Türkiyənin müxalif siyasətçisi Əkrəm İmamoğlu prezident idarəetmə sisteminin ləğv olunacağına dair vəd verib.
“Biz mütləq Prezident idarəetmə sistemini dəyişəcəyik. Nə edirlərsə etsinlər, bu sistemdən qurtulacağıq. Türkiyə Böyük Millət Məclisində konstitusiyanın dəyişdirilməsi üçün böyük konsensusa nail olacağıq və parlament sisteminə qayıdacağıq. Artıq çox az qalıb…”, – deyə həbsdə olan müxalif siyasətçi bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az