İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun axtarışda olan mobil telefonu tapılıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən əşya bir evdə keçirilən əməliyyat zamanı aşkarlanıb.
Telefon polis tərəfindən yoxlanışa aparılıb.
Xatırladaq ki, daha əvvəl İmamoğlunun iş üçün istifadə etdiyi ikinci telefonunda digər şübhəlilərlə mütəmadi əlaqədə olduğu ortaya çıxmışdı.
Qeyd edək ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı araşdırma zamanı mart ayında həbs edilmişdi.