İmişlidə maşın aşdı, 3 nəfər xəsarət aldıbackend

İmişlidə maşın aşdı, 3 nəfər xəsarət aldı

İmişlidə baş verən qəzada 3 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.

“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 3 nəfər – İmişli rayonunun Boşçallar kənd sakinləri, 1982-ci il təvəllüdlü Süleymanov İsmayıl Bəybala oğlu, 1982-ci il təvəllüdlü Şükürov Fəxri Cümşüd oğlu və 1979-cu il təvəllüdlü Bilalov Fəxrəddin Həsənzadə oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*