İmtahanda 7 telefon aşkarlanıb: 2 nəfər SAXLANILIBbackend

İmtahanda 7 telefon aşkarlanıb: 2 nəfər SAXLANILIB

Bu gün keçirilən buraxılış imtahanlarında bir neçə şagirddə mobil telefon aşkarlanıb.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.

Bildirilib ki, qeyd olunan hallarla bağlı araşdırma aparılır.

Bundan əlavə, imtahanın gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplayıb. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırılma aparılır.//Modern

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*