İmtahanda ən yüksək balı onlar yığdıbackend

İmtahanda ən yüksək balı onlar yığdı - FOTO

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 26-da Azərbaycan dili və ədəbiyyat, həmçinin biologiya fənni üzrə test imtahanı keçirilib.

Təhsil Nazirliyindən KONKRET.az-a bildirilib ki, imtahanlara ümumilikdə 3 min 208 namizəd dəvət olunub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə ən yüksək balı (51) Rüfanə Nəsirova, biologiya fənni üzrə isə Səlihə Salihova (57) toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

İmtahanda ən yüksək balı onlar yığdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*