İndoneziyada “Boeing 737” təyyarəsinin qəzaya uğradığı yer aşkarlandıbackend

İndoneziyada “Boeing 737” təyyarəsinin qəzaya uğradığı yer aşkarlandı

İndoneziyada havaya qalxdıqdan qısa müddət sonra dənizə düşən “Boeing 737-524” təyyarəsinin qəzaya uğradığı yer dalğıclar tərəfindən aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə İndoneziya Silahlı Qüvvələrinin marşalı Xadi Tçaxdjanto açıqlama verib.

“Dalğıc qrupundan suda görmə qabiliyyətinin yaxşı olduğu barədə məlumat aldıq və bu da təyyarənin bəzi hissələrini aşkar etməyə imkan verir. Təyyarənin burada qəzaya uğradığına əminik”, – deyə o bildirib.

Marşal qeyd edib ki, qalıqlar Yava dənizində 23 metr dərinlikdə aşkarlanıb.

Artıq Lankanq və Laki adaları arasında insan cəsədlərinin hissələri, geyimlər və təyyarənin metal qırıntıları xilasedicilər tərəfindən çıxarılmağa başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*