İndoneziyada zəlzələ qurbanlarının sayı 300-ü keçdibackend

İndoneziyada zəlzələ qurbanlarının sayı 300-ü keçdi

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 310-a çatıb.

KONKRET.azReuters”ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb, mindən çox yerli sakin xəsarət alıb.

Bildirilib ki, 7 mindən çox insan hələ də öz evlərinə qayıda bilmir.

Zəlzələnin episentri ölkənin paytaxtı Cakartadan 74 km cənub-şərqdə yerləşib.

Qeyd edək ki, İndoneziya Sakit okean hövzəsində qırılma xətləri səbəbindən tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilərlə qarşılaşır. 2004-cü ildə baş verən güclü zəlzələ və sunami təxminən 230 000 insanın həyatına son qoydu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*