İngiltərə Premyer Liqası: “Liverpul” “Arsenal”ın qapısına 4 cavabsız top vurdubackend

İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal"ın qapısına 4 cavabsız top vurdu

Futbol üzrə İngiltərə çempionatının 12-ci turunda “Liverpul” komandası öz meydanında “Arsenal”ı 4:0 hesabı ilə məğlub edib.

KONKRET.az-ın məlumatına görə, görüş “Enfild” stadionunda baş tutub.

“Liverpul”un heyətində qolları Sadio Mane (39-cu dəqiqə), Dioqo Jota (52), Məhəmməd Salah (73) və Takumi Minamino (77) vurub.

Mikel Artetanın yetirmələri çempionatda səkkiz matç davam edən məğlubiyyətsiz seriyasını dayandırıblar. London klubu 20 xalla Premyer Liqanın turnir cədvəlində beşincidir. “Liverpul” 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*