“İnter”dən YENİ TRANSFER: İranlı futbolçunu heyətinə qatdıbackend

“İnter”dən YENİ TRANSFER: İranlı futbolçunu heyətinə qatdı

“İnter” mövsümlərarası fasilədə iranlı futbolçu Mehdi Taremini heyətinə qatacaq.

KONKRET.az Oxu.az-a istinaən xəbər verir ki, bunu klubun idman direktoru Pyero Ausilio bildirib.

“Biz demək olar ki, əməliyyatı tamamladıq. Mehdi Taremi “Portu”dan azad agent kimi bizə qoşulacaq”, – funksioner deyib.

Qeyd edək ki, bir gün əvvəl “İnter” “Milan”ı məğlub edərək, vaxtından əvvəl Skudettoya sahib çıxıb. Bu titul klubun tarixində 20-ci analoji titul olub.

Xatırladaq ki, 2023/2024 mövsümündə Taremi “Porto”nun heyətində bütün klub yarışlarında 30 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. İranlının klubla müqaviləsi iyunun 30-da başa çatır və bundan sonra futbolçu azad agentə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*