İordaniyada nazirlər istefa verdibackend

İordaniyada nazirlər istefa verdi

İordaniyada nazirlər hökumətdə gözlənilən dəyişiklikdən öncə istefa veriblər.

KONKRET.az xəbər verir ki, bu barədə İordaniyanın “Al-Mamlaka” dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, nazirlər istefalarını Baş nazir Bişr əl-Hasanveyə təqdim ediblər.

Gözlənilən dəyişikliklərin hansı nazirlikləri ehtiva edəcəyi və zamanı ilə bağlı məlumat verilməyib.

Bu, ötən ilin oktyabrında qurulan Hasanve hökumətində dördüncü dəyişiklik olacaq. /Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*