İpoteka kreditləri almaq istəyənlərin NƏZƏRİNƏ – Tələsin!backend

İpoteka kreditləri almaq istəyənlərin NƏZƏRİNƏ - Tələsin!

İpoteka kreditləri almaq istəyirsinizsə, ilk növdədə sizin yaşınız 18 yaşı keçməli və 65-dən yuxarı olmamalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə ipotekanın şərtlərində deyilir.

Şərtlərdə daha sonra bildirilir ki, ipoteka almaq istəyən vətəndaşların gəlirləri rəsmi olmalıdır. Yəni sistemdə sabit qazandığınız məbləğ görünməlidir. Özəl və dövlət sektorunda işləməyin fərqi yoxdur.

İpoteka krediti almaq üçün vətəndaşlar eyni zamanda asan imza və elektron imza almalıdır. Daha sonra elektron hökumət portalında İpoteka və Kredit Zəmanət Fondunun sisteminə daxil olaraq elektron kabinet yaratmaq lazımdır. Sonra götürmək istədiyiniz məbləği yazırsınız və hansı bankı istəyirsinizsə, seçirsiniz.

Müraciət göndərəndən sonra elektron kabinetinizə bildiriş gəlir və sizi banka dəvət edirlər. Artıq bank sizin ödəmə qabiliyyətini qaydalara uyğun qiymətləndirir və kreditin verilməsi haqqında müstəqil qərar çıxarır.

Yeri gəlmişkən, qeyd edək ki, ipoteka krediti almaq üçün minimal əməkhaqqı tələbi yoxdur. Sadəcə rəsmi məbləğə uyğun olaraq ipoteka kreditləri almaq olar. Əgər vətəndaşın rəsmi iş yeri varsa, eləcə də sahibkarlıq fəaliyyəti göstərərsə, bu şəxslər həmin krediti almaq hüququ qazanırlar.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*