İpoteka kreditləri almaq istəyənlərin NƏZƏRİNƏ – Tələsin!backend

İpoteka kreditləri almaq istəyənlərin NƏZƏRİNƏ - Tələsin!

İpoteka kreditləri almaq istəyirsinizsə, ilk növdədə sizin yaşınız 18 yaşı keçməli və 65-dən yuxarı olmamalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə ipotekanın şərtlərində deyilir.

Şərtlərdə daha sonra bildirilir ki, ipoteka almaq istəyən vətəndaşların gəlirləri rəsmi olmalıdır. Yəni sistemdə sabit qazandığınız məbləğ görünməlidir. Özəl və dövlət sektorunda işləməyin fərqi yoxdur.

İpoteka krediti almaq üçün vətəndaşlar eyni zamanda asan imza və elektron imza almalıdır. Daha sonra elektron hökumət portalında İpoteka və Kredit Zəmanət Fondunun sisteminə daxil olaraq elektron kabinet yaratmaq lazımdır. Sonra götürmək istədiyiniz məbləği yazırsınız və hansı bankı istəyirsinizsə, seçirsiniz.

Müraciət göndərəndən sonra elektron kabinetinizə bildiriş gəlir və sizi banka dəvət edirlər. Artıq bank sizin ödəmə qabiliyyətini qaydalara uyğun qiymətləndirir və kreditin verilməsi haqqında müstəqil qərar çıxarır.

Yeri gəlmişkən, qeyd edək ki, ipoteka krediti almaq üçün minimal əməkhaqqı tələbi yoxdur. Sadəcə rəsmi məbləğə uyğun olaraq ipoteka kreditləri almaq olar. Əgər vətəndaşın rəsmi iş yeri varsa, eləcə də sahibkarlıq fəaliyyəti göstərərsə, bu şəxslər həmin krediti almaq hüququ qazanırlar.

Günel Mikayılova,

KONKRET.az

  • Bahar
    Oktyabr 13, 2024 - 13:46

    Hipoteka ilə ev almaq

  • Bahar
    Oktyabr 13, 2024 - 13:47

    Hipoteka

  • Allahsukur Agazade
    Oktyabr 13, 2024 - 14:45

    Salam men asan imzam var giris etdim ama muraciet ede bilmedim ozum herbiciyem veteranam ipoteka krediti muracietini gerceklesdirmey ucun sizden yardim istiyirem komeyliy ederdiz xais edirem

  • Seadet
    Oktyabr 13, 2024 - 23:32

    Salam uzun müddetdi asan imza ile limit tuta bilmirem

  • Şerafet
    Oktyabr 14, 2024 - 01:49

    Salam mən ipoteka ile ev götürmek isdiyirem

  • Maqsud
    Oktyabr 17, 2024 - 15:04

    Salam hamıya bura niyə yazırsız müraciət edin ipoteka fonduna.. Bu məqaləni yazan jurnalistdir. İpoteka vermir bu xanım..

Bahar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*