İpoteka kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlanılırbackend

İpoteka kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlanılır

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bu barədə KONKRET.az-a Fondan bildirilib. Məlumata görə, ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu 24 yanvar 2023-cü il tarixində saat 11:00-da başlayacaq.

Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

APA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*