“ABŞ-ın sanksiyaları danışıqlar aparmaq istəyi ilə bağlı bəyanatların yalan olduğunu sübut edir”.
KONKRET.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
O bildirib ki, ABŞ-ın yeni anti-İran sanksiyalarını tətbiq etməsini amerikalı siyasətçilərin Tehranla danışıqlar aparmaq istəkləri ilə bağlı bəyanatlarının yalan olduğunun sübutu adlandırmaq olar.
“ABŞ-ın İranın xarici ticarətinin inkişafına mane olan yeni sanksiyaların tətbiqi BMT-nin prinsiplərinə, xüsusən də xalqın milli suverenliyinə hörmət və öz müqəddəratını təyinetmə prinsipinə ziddir”, – deyə bəyanatda vurğulanıb.
Müşviq Tofiqoğlu
KONKRET.az